Ermənistanda Azərbaycan və İran sərhədləri yaxınlığında Amerika əsgərlərinin və silahlarının gizli yerləşdirilməsinin görüntüləri yayılıb.
Sitat.info xəbər verir ki, məlumatı “Caliber” yayıb.
Sayt daha əvvəl ABŞ hərbi-nəqliyyat təyyarələrinin Ermənistana enməsi və Boinq C-17-nin göyərtəsində təkcə hərbi yüklər deyil, həm də şəxsi heyətin gəlməsi ilə bağlı fakt yaymışdı.
Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi təkzib etmişdi. Sayt növbəti dəfə faktları tam təsdiqləyən foto-sübutlar təqdim edib.