"Zelenski Kurska hücum etməklə danışıqlar mövzusunu bağlamış oldu" - Rusiya XİN

13:08 14 Avqust 2024

Ukrayna Kursk bölgəsinə hücumlardan sonra Rusiya ilə sülh danışıqları mövzusunda uzunmüddətli fasilə elan etmiş oldu.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik brifinqdə deyib.
“Belə bir bəyanat var ki, məhz Kursk istiqamətində "terror hərəkətləri" ilə Ukrayna sülh danışıqları ilə bağlı yola uzunmüddətli fasilə verib”, - diplomat qeyd edib.

Miroşnikin sözlərinə görə, bu, “tamamilə bilərəkdən” edilib.

“Çünki bu gün tamamilə qeyri-adekvat düşmənlə danışıqlar aparmaq anormal bir şeydir və bunu Rusiya prezidenti Vladimir Putin də dedi. Buna görə də kiminlə danışıqlar aparmaq məsələsi bu gün də aktual olaraq qalır”.

Səfir həmçinin qeyd edib ki, Ukraynanın mülki şəxslərə qəsdən hücumlar həyata keçirmək üçün PUA-lardan istifadəsinin səbəbi aydındır: "İHA-lar cəmiyyətdə qorxu, çaşqınlıq yaratmaq, narazılıq toxumu səpmək və Rusiya cəmiyyətində bir növ iğtişaşlar salmağa çalışmaq məqsədi daşıyır və buna görə mülki şəxsləri öldürür”. 

Miroşkin  vurğulayıb ki,   Zelenski məqsədyönlü şəkildə bu siyasəti həyata keçirilir və bu, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tamamilə zidd olan cinayət hadisəsidir. 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb.  Hücum nəticəsində son məlumatlara görə, 12 mülki şəxs həlak olub, 10-u uşaq olmaqla 121 nəfər yaralanıb. 69 yaralı xəstəxanalardadır, onlardan 17-nin vəziyyəti ağır qiymətləndirilir. 120 mindən çox insan Kursk vilayətinin sərhədyanı ərazilərini tərk etdi və ya təxliyə edildi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk istiqamətində döyüşlər başlayandan bəri Kiyev 2030-a qədər hərbi qulluqçu, 35 tank və 31 zirehli transportyor itirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti