İsrail döyüş təyyarələri Livanın cənubunu vurdu

14:51 14 Avqust 2024

İsrail döyüş təyyarələri Livanın cənubundakı Ayta Aş-şab kəndini vurub.
Sitat.info xəbər verir ki,  Livan sərhədində Hizbullah qüvvələri ilə İsrail arasında qarşıdurmalar davam edir.

İsrail qüvvələri yerli vaxtla saat 11:00 radələrində Livanın cənubunda mülki əhalinin tərk etdiyi Ayta Aş-Şab kəndini döyüş təyyarələri ilə vurub.
Hücumdan sonra ərazidən qatı tüstü qalxıb.

İsrailin bölgədə hücumları davam edərkən, Hizbullah qüvvələri də hücumlara cavab verir.

Nigar,

Sitat.info



Xəbər xətti