Bakıda qadınlara qeyri-etik təkliflər etdiyi bildirilən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
Qeyd edib ki, görüntülərdə olan şəxs 1982-ci il təvəllüdlü H.Vəliyev barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.