Ermənistan parlamentinin hakim “Mülki müqavilə” Partiyasından keçmiş deputatı Qurgen Arsenyan ölkənin Rusiyadakı səfiri təyin edilib.
Sitat.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq Fərmanı Ermənistan Prezidenti Vaaqn Xaçatryan imzalayıb
Dünən deputatın səlahiyyətlərinə xitam verildiyi məlum olub.
Bu vəzifədə isə o, Vaqarşak Arutyunyanı əvəz edəcək. V. Arutyunyan 2022-ci il yanvarından Ermənistanın Rusiyadakı səfiri idi.