Fransa Prezidenti Emmanuel Makron ölkənin şərqində “Rafale” qırıcılarının toqquşması nəticəsində iki fransız pilotun həlak olduğunu təsdiqləyib.
Sitat.info xəbər verir ki, bu barədə Makron sosial şəbəkə hesabında yazıb.
“Ölkə Saint-Dizier aviabazasının nümayəndələrinin ailələrinin və qardaşlarının ağrısını bölüşür”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün ölkənin şimal-şərqində iki “Rafale” qırıcısı qəzaya uğramışdı. Pilotlardan biri katapult etmişdi, digər ikisi isə axtarılırdı./Axar.az