Deputatlığa namizəd, MCP sədri Razi Nurullayevin kampaniya apardığı İmişli rayonunda yaşadığı evi çəkib göstərməsi və belindəki "qrija"nın müalicəsi üçün etdiyi idman hərəkətlərini videoda paylaşması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bunu normal qəbul edənlərlə yanaşı, qeyri-ciddi olmaqda qınayanlar da olub.
R.Nurullayev Sitat.info-ya açıqlamasında bu videoya görə, onu sosial şəbəkələrdə tənqid atəşinə tutanlara belə cavab verib:
"Siz idman etmirsiniz? İdman etməyən insan var? Bunu yazan bəzi reket jurnalistlər var, onlar idman etmir? Burada fikir bildirilməli nə var? Mən sadəcə idman etmişəm, bu qədər. O sözləri yazanların nə etikası var, nə də mədəniyyəti. Onlar uğursuz, şanssız, bədbəxt insanlardırlar. Qoy elə bədbəxt də qalsınlar...".
Məğrur,
Sitat.info