Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İsrail və İrana çağırış edib.
Sitat.info xəbər verir ki, o, bu barədə “Habertürk”ə müsahibəsində deyib.
Nazir xatırladıb ki, son zamanlar tərəflər arasında gərginlik artıb: “Amma bu, regionumuz üçün çox təhlükəlidir. Mən hər iki tərəfi ağıllı və məntiqli davranmağa çağırıram. Regionumuzun hər tərəfində illərdir toqquşmalar gedir. İnsanlar artıq bezib, yorulub”.