100-dən çox jurnalist Blinkenə məktub göndərdi: İsrailə silah verməyi dayandırın!

10:54 16 Avqust 2024

100-dən çox jurnalist ABŞ dövlət katibi Entoni Blinkenə ünvanlanan məktubu imzalayıb və ABŞ prezidenti Co Bayden administrasiyasını Qəzzada fələstinli jurnalistlərin öldürülməsi ilə əlaqədar İsrailə silah satışına qadağa qoymağa çağırıb.

Sitat.info xəbər verir ki, məktubda deyilir: “Qəzzanın cəsarətli fələstinli jurnalistləri ilə həmrəy olan jurnalistlər, nəşrlər və mətbuat azadlığı qrupları olaraq, biz siz jurnalistləri qorumaq üçün daha çox iş görməyə və İsrailə silah embarqosunu dəstəkləməklə azad və müstəqil mediaya sarsılmaz dəstək göstərməyə çağırırıq”.

“İsrailin jurnalistlərə qarşı  hücumları, Qəzzadakı müharibə ilə bağlı  həqiqəti əks etdirən xəbərlərin qarşsını üçün uzun müddətdir davam edir.  Dövlət Departamenti isə bu silahları təmin etməklə İsrailin  jurnalistləri vəhşicəsinə sıxışdırılmasını bəyənir”, – deyə jurnalistlər qeyd ediblər.

Məktubu 113 jurnalist, 7 mətbuat azadlığı təşkilatı və 20 media orqanı imzalayıb.
 Qəzzada müharibəyə başladığından bəri İsrail əsgərləri 160-dan çox fələstinli jurnalisti öldürüblər.

Nərgiz,

Sitat.info

 

 



Xəbər xətti