Gələn həftə Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqların növbəti raundu baş tutacaq.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Misir, Qətər və ABŞ-dən olan vasitəçilər Dohada keçirilən məsləhətləşmələrin yekunu üzrə dərc olunmuş birgə kommünikedə bildiriblər.
“Yüksək vəzifəli hökumət nümayəndələrimiz bu gün müzakirə olunan məsələlərlə bağlı razılığa gəlmək məqsədilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər”, - Misir Prezidentinin sözçüsü Əhməd Fəhminin “Facebook”da paylaşdığı sənəddə bildirilib.
Vasitəçilər əlavə ediblər ki, texniki qruplar yaxın bir neçə gün ərzində sazişin əsas prinsiplərinin həyata keçirilməsi, o cümlədən Qəzzada humanitar vəziyyət və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı mexanizmlər hazırlamağa davam edəcəklər.