"ABŞ Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır" - Dövlət Departamenti

11:19 17 Avqust 2024

"ABŞ Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır".

Sitat.info erməni mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti   "ATƏT-in Minsk qrupunun gələcək formatı və bununla bağlı Amerika tərəfinin mövqeyi"  mövzusunda jurnalistlərin sorğusuna cavab verib.

“ABŞ hökuməti Ermənistan və Azərbaycanın uzunmüddətli və şərəfli sülh razılaşması əldə etmək səylərini dəstəkləyir. Biz onlarla hər iki tərəfin razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəkləri istənilən formatda işləməyə hazırıq”, - ABŞ Dövlət Departamentindən bildiriblər.

Nərgiz,

Sitat.info



Xəbər xətti