Ölkə ağır iqtisadi şəraitdədır, xalq isə narazıdır. Bu, Amerikanın və ya xaricilərin deyil, bizim günahımızdır.
Sitat.info xəbər verir ki, Pezeşkian bu sözləri parlament iclasında deyib.
Parlamentə təqdim etdiyi 19 nazirdən ibarət kabinetin “milli birlik hökuməti” olduğunu bildirən Pezeşkian, hökumətinin xalqın hüquqlarını qoruyacağına söz verib.
"Bu gün millətin bütün üzvlərinin səsini və istəklərini eşitmək transformasiya və dəyişiklik üçün fürsətdir. Ölkə ağır şərtlər altındadır və insanlar çətin iqtisadi vəziyyətdədir. İqtisadi, sosial, ekoloji, təhsil və mədəniyyət sahələrində ədalətsizlik və uyğunsuzluq hər şeyə təsir edir".
Pezeşkian ədalət məsələsinə də toxunub: "Hökumətin vəzifəsi ədalətli davranmaq, yəni xalqı razı salmaqdır. Bu, bütün qəlbimizlə inandığımız prinsipdir. Heç bir din, heç bir inanc, imam, heç bir peyğəmbər heç bir insan üçün ədalətdən kənara çıxmayıb. Dindar olsunlar, olmasınlar, türk, fars, ərəb olsun, yad olsun, yerli olsun fərq etməz, bütün mübarizə ədalət üçündür".
Keçmişin üsulları ilə problemi həll etməyin mümkün olmayacağını deyən Pezeşkiyan çıxışını belə davam etdirib:
"Məsələmiz ondan ibarətdir ki, xalq bizdən razı olmalıdır, lakin bu insanlar bu gün bizdən razı deyillər. Əgər insanlar narazıdırsa, bu, Allaha qarşı müharibə aparmaq deməkdir. Bu, Amerikanın və ya əcnəbilərin deyil, bizim günahımızdır".
Pezeşkiyan ölkəyə qarşı təhdidlərdən danışıb: "Amerika bu təhdidlər arasında birinci yerdədir. Amerika sanksiyalar tətbiq edir, amma biz birləşsək bu təhdidləri aradan qaldıra bilərik. Bölgədə gərginlik və müharibə var, qan tökülür. Bizim qonşularımızla əlaqələrimiz zəifdir, sosial kapitalımız azalıb, daxili bütövlüyümüz zəifləyib, hakimiyyətin millətin gözündə reputasiyası zəifləyib. Bunlar bizim zəif tərəflərimizdir".
Korrupsiyaya qarşı mübarizəni şiddətlə davam etdirəcəklərini bildirən Pezeşkian deyib kiş, biz bu millətə idarə etməyə deyil, xidmət etməyə gəldik. Dövlət xidmət vasitəsi olmalıdır, əks halda əhəmiyyətsiz və dəyərsizdir".
Nərgiz,
Sitat.info