ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəs üçün yenidən İsrailə səfər edəcək.
Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada deyilir:
“Dövlət katibi Blinken, ABŞ-ın bu gün təklif etdiyi atəşkəs və əsir və məhbusların azad edilməsi ilə bağlı razılaşmanın yekunlaşdırılması ilə bağlı intensiv diplomatik səyləri davam etdirmək üçün sabah İsrailə gedəcək".
Bəyanatda qeyd edilir ki, bu gün təqdim edilən təklif Qəzzada atəşkəsi təmin edəcək: "Bu, bütün əsirlərin azad edilməsini və Qəzzaya humanitar yardımların paylanmasını təmin edəcək. Daha geniş regional sabitlik üçün lazımi şərait yaradacaq".
Dövlət katibi Blinken regiondakı bütün tərəflərin gərginliyi artırmaqdan və razılaşmaya xələl gətirə biləcək digər hərəkətlərdən çəkinməsinə kritik ehtiyac olduğunu vurğulayıb.
Məğrur,
Sitat.info