Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfərinin tarixləri hələlik razılaşdırılmayıb.
Sitat.info xəbər verir ki, RİA Novosti Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Putinin Türkiyəyə səfərinin çoxdan hazırlandığını, diplomatik kanallar vasitəsilə işgüzar səfərin tarixlərini razılaşdırmaq lazım olduğunu deyib.
“Xeyr, diplomatik kanallar hələ tarixlə bağlı razılığa gəlməyiblər”, - mənbə mətbuatın sualını cavablandırıb.
Nigar,
Sitat.info