Bu gün Kerman-İranşəhr magistralında sərnişin avtobusu aşıb.
Sitat.info yerli agentliyə istinadən məlumat verir ki, bununla bağlı İranşəhr Təcili Yardım İdarəsinin rəisi Əlirza İrəndeqani deyib:
“Səhər saat 03:53 radələrində Kerman-İranşəhr magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb”.
O, qeyd edib ki, yaralılar ambulanslarla xəstəxanaya aparılıblar.
Nigar,
Sitat.info