Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində 17 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə tibbi xidmətlər TASS-a bildiriblər.
“Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 17 nəfər ölüb. 140-dan çox yaralıdan 75-i xəstəxanaya yerləşdirilib, onların 4-ü uşaqdır”.
Son olaraq, avqustun 12-də vilayətin qubernatoru Aleksey Smirnov Rusiya sərhədində vəziyyətlə bağlı keçirilən müşavirədə Putinə məlumat verib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu nəticəsində 12 insan həlak olub, 10-u uşaq olmaqla 121 nəfər yaralanıb.
Nərgiz,
Sitat.info