Bu ölkədə meymun çiçəyi virusundan ən azı 570 nəfər ölüb

12:30 20 Avqust 2024

Konqo Demokratik Respublikasında meymun çiçəyi virusundan ən azı 570 nəfər ölüb
Sitat.info xəbər verir ki, səhiyyə Naziri Rocer Kamba açıqlamasında ölkədə meymun çiçəyi virusu epidemiyası ilə bağlı son məlumatları paylaşıb.

Kampa, bu ilin əvvəlindən bəri təsdiqlənmiş və ya şübhəli 16,700 meymun çiçəyinə yoluxma hadisəsinin aşkar edildiyini və onlardan 570-dən çoxunun öldüyünü bildirdi.

Epidemiyanın Afrikada 17 ölkəyə yayıldığını bildirən Kampa, gənc əhaliyə, xüsusilə 15 yaşdan kiçik uşaqlara təsir etdiyini deyib. 

 Qeyd edək ki, monkeypox virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlar səbəbindən "meymun çiçəyi" adını "mpox" olaraq dəyişdirdi.

Məğrur,

Sitat.info



Xəbər xətti