Məlum olduğu kimi, bəzi seçki dairələrində namizədlər arasında mübarizənin daha gərgin keçəcəyi gözlənilir. Onlardan biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir. Sitat.info xəbər verir ki, onlayn səsvermədə 125 saylı seçki dairəsində əsas rəqabət jurnalist İntiqam Alıyev VI çağırış Milli Məclisin deputatı İmamverdi İsmayılov arasındadır.
Hazırda onlayn səsvermədə son rəqəmlər 2048 səslə İntiqam Alıyevin xeyrinədir. İ. İsmayılov ondan 200 səs geridədir.
Bildirək, bunlar dünən axşam saatlarında qeydə alınan rəqəmlərdir və dəyişə bilər.
Qeyd edək ki, deputatlığa namizəd İntiqam Alıyev (Valehoğlu) namizədliyi bölgə seçiciləri arasında böyük rəğbətlə qarşılanıb, həm sosial şəbəkələr,həm də şəxsi görüşlərdə seçicilər ona böyük dəstəyini ifadə edirlər.
Məğrur Salmanov,
Sitat.info