Zelenski Ukraynanın Kurskda nə qədər əraziyə nəzarət etdiyini açıqladı

14:30 20 Avqust 2024

 Zelenski Rusiyanın Kursk vilayətində hərbi əməliyyatın məqsədinin Moskvanın sərhədi keçərək hücumlarının qarşısını almaq üçün “bufer zona” yaratmaq olduğunu açıqlayıb.
Sitat.info Ukrayna prezidenti Vladimir Zelenski ötən gün ö  Ukrayna ordusunun 92 yaşayış məntəqəsi də daxil olmaqla 1250 kvadrat kilometr Rusiya ərazisinə nəzarət etdiyini açıqlayıb.
 Zelenski eyni zamanda Ukraynanın bir əməliyyatda ən çox rus əsgərini əsir götürdüyünü deyib. Əlavə edib ki, bu əməliyyat ukraynalıları rus əsirliyindən azad etmək üçündür.

 "Bizim fəal və qabaqlayıcı müdafiəmiz Rusiya terrorizminə ən təsirli cavabdır və təcavüzkar  ruslar ciddi əhəmiyyətli çətinliklər yaradır". 

Xatırladaq ki, Rusiya rəsmiləri hücum başlayandan bəri Kursk bölgəsindən 121 mindən çox insanın təxliyə edildiyini açıqlayıb. Köçkünlərin yerləşdirilməsi üçün 84 müvəqqəti sığınacaq mərkəzi açılıb.
Bazar günü Zelenski Rusiyanın Kursk bölgəsində hərbi əməliyyatın məqsədinin Moskvanın sərhədi keçərək hücumlarının qarşısını almaq üçün “bufer zona” yaratmaq olduğunu bildirib. Bununla Zelenski avqustun 6-da başlayan əməliyyatın məqsədini ilk dəfə açıq şəkildə bəyan edib.

Nərgiz,

Sitat.info



Xəbər xətti