Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın sahibi İlon Mask noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın qalib gələcəyi təqdirdə kabinetdə işləməyə hazır olduğu mesajını verdi.
Sitat.info xəbər verir ki, Elon Musk sahibi olduğu X sosial media platformasında ABŞ prezident seçkiləri ilə bağlı paylaşım edib.
Özünü "nazir" kimi göstərən süni intellektlə yaradılmış fotonu paylaşan Mask "Xidmət etməyə hazıram" deyib.
Trampa yaxın media orqanı, Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə Maskı kabinetdə və ya Ağ Evdə məsləhətçi kimi tövsiyə edəcəyi barədə yazıb.
Amerikalı milyarder Maskın bu paylaşımı 24 milyondan çox baxış toplayıb.
Tramp avqustun 13-də 1 milyondan çox insanın iştirak etdiyi X platformasında Maska müsahibə verib.
Nərgiz,
Sitat.info