Rusiya qüvvələri Ukraynanın qərbindəki sənaye obyektini və şimalındakı enerji obyektini hədəfə alıb. Şimaldakı hücum zamanı 72 yaşayış məntəqəsi və 18500-dən çox istehlakçı işıqsız qalıb.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, Rusiya Ukraynadakı infrastruktur və sənaye obyektlərini hədəfə almaqda davam edir.
Rusiya qüvvələri Ukraynanın qərbindəki Ternopil bölgəsində yerləşən sənaye obyektinə gecə saatlarında hücum edərək yanacaq anbarını hədəfə alıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, hücumdan sonra başlayan yanğının nəzarətə alındığı bildirilib. Ternopil rəsmiləri alovun səbəb olduğu qara tüstü səbəbindən bölgə sakinlərini “kənara çıxmamağa” çağırıb.
Sumidə 18 mindən çox istehlakçı işıqsız qalıb.
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya qüvvələri də gecə saatlarında ölkənin şimalındakı elektrik stansiyasını vurub. Sumi rəsmiləri hücumdan sonra obyektdə böyük yanğın baş verdiyini, 72 yaşayış məntəqəsi və 18.500-dən çox istehlakçının elektrik enerjisinin kəsilməsi ilə üzləşdiyini bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Ukrayna qüvvələrinin ölkə daxilində 9 bölgəyə təşkil etdiyi hücumda 3 ballistik raketi və 26 pilotsuz uçuş aparatından 25-ni vurduğunu bildirib.
Məğrur,
Sitat.info