İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb.
Bu barədə "Radio Pakistan" məlumat yayıb.
Məlumata görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib. Avtobus Pakistandan İraqa gedirmiş.
Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.
Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanlarla bağlı başsağlığı verib. O, Xarici İşlər Nazirliyinə həlak olanların meyitlərinin vətənlərinə çatdırılması ilə bağlı tapşırıqlar verib.//Report