Obama namizədlər haqqında danışdı: Görün hansını "təhlükəli" adlandırdı

16:28 21 Avqust 2024

 ABŞ-ın keçmiş prezidenti Barak Obama Demokratlar Partiyasının namizədi Kamala Harrisi “ABŞ üçün yeni səhifə” adlandırıb və Respublikaçı namizəd Donald Trampın isə “təhlükəli” olduğunu bildirib.
Sitat.info xəbər verir ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, Obama bazar ertəsi Çikaqoda başlayan Demokratlar Partiyası Konqresindəki çıxışında prezidentlik yarışında Harrisə dəstəyini nümayiş etdirib.

"ABŞ,  prezident Kamala Harrislə yeni səhifə açmağa hazırdır" deyən Obama, Harrisin amerikalıların problemlərinə diqqət yetirəcəyini qeyd edib.

 Bütün dünyanın ABŞ-da noyabrda keçiriləcək seçkini izlədiyini ifadə edən Obama, səslərin başa-baş olduğuna işarə edərək, yarışın gərgin keçəcəyini deyib.

  Obama Harrisin rəqibi, keçmiş ABŞ prezidenti Trampın isə “təhlükəli” olduğunu deyib.

"Həqiqət budur ki, Donald Tramp hakimiyyəti öz məqsədləri üçün istifadə etmək üçün bir alət kimi görür: "Biz bu filmi əvvəllər də görmüşük və hamımız bilirik ki, davam filmi adətən daha pisdir”.

 Harrisin prezidentliyə "hazır" olduğunu vurğulayan Mişel Obama da, Trampın səlahiyyət müddəti boyunca fərqli irqləri qorxu ilə bir-birindən ayırdığını bildirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti