Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, hadisə Regional Perinatal Mərkəzində baş verib.
Xaçmaz rayon Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasından müraciət edib. Lakin əməliyyat zamanı o və körpəsi ölüb.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.