Bu gün ABŞ-nin “Abraham Linkoln” təyyarədaşıyan gəmsi Yaxın Şərqə gəlib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda daha öncə ABŞ müdafiə naziri Lloyd Ostinin “Abraham Linkoln” təyyarədaşıyan gəmisi və onu müşayiət edən esmineslərin Yaxın Şərqə göndərilməsi prosesinin sürətləndirməsi ilə bağlı verdiyi əmr xatırladılıb.
Qeyd edək ki, "Abraham Linkoln" gəmisinin gəlişi ilə birlikdə Yaxın Şərqdə ABŞ-nin iki təyyarədaşıyıcısı olub.