ABŞ-la gərginliyi azaltmağa çalışırıq - İran

21:14 22 Avqust 2024

İran ABŞ və Avropa ölkələri ilə münasibətlərdəki gərginliyi azaltmağı hədəfləyir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu İranın yeni xarici işlər naziri Abbas Arakçı bildirib.

Nazir Qərbin sanksiyaları aradan qaldıracağını və nüvə sazişini bərpa edəcəyini gözlədiyini vurğulayıb:

“Parlamentdəki çıxışımda söylədim ki, ölkənin fundamental prinsiplərinə hörmətlə yanaşılmaqla, ciddi, məqsədyönlü və zaman məhdudiyyətli danışıqlarla sanksiyaların, xüsusən də birtərəfli sanksiyaların ləğvinə nail olmaq çox vacibdir”.



Xəbər xətti