2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun müxtəlif ünvanlarda seçicilərlə görüşü keçirilib.
Sitat.info Yap.org.az-a istinadən xəbər verir ki, deputatlığa namizəd Kamaləddin Qafarov seçiciləri maraqlandıran məsələlərlə bağlı müraciətlərini dinləyib, fikir və təklifləri ətrafında fikir mübadiləsi aparılıb. O, seçiciləri ilə söhbət zamanı onların fikirlərinin diqqətdə saxlanılacağını və müraciətlərinin həlli istiqamətində dəstək göstəriləcəyini bildirib.
Görüşlərdə seçicilərə YAP-ın seçki platforması haqda geniş məlumat verilib və maarifləndirici təbliğat materialları paylanılıb.