Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı qohumlarından birinin evinə baş çəkib.
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, qonaq gedən Paşinyanın başına bina sakinlərindən biri pəncərədən alma atıb.
Hazırda Hüquq-mühafizə orqanlarının əməkdaşları binada axtarış aparır. Ermənistan Daxili İşlər Nazirliyi hər hansı şərh verməkdən imtina edib.
Nigar,
Sitat.info