İlon Mask Durova azadlıq istəyənlərə qoşuldu

11:18 25 Avqust 2024

Amerikalı milyarder İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan Teleqramın təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.

Sitat.info xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılıb./ Axar.az



Xəbər xətti