Husilərdən İsrailə təhdid: "Zərbə vurmaq üçün yüksək səviyyədə hazırıq"

11:02 26 Avqust 2024

Husi qüvvələrinin komandanlığı artıq yəhudi dövləti ərazisində hədəfləri müəyyən edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, üsyançı qüvvələrin komandiri Məhəmməd Nasser əl-Atifi bildirib.

Atifi deyib ki, Husilər İsrailə hücum etmək üçün "ən yüksək səviyyədə hazırdır: "Yəmən silahlı qüvvələri müxtəlif birləşmələri ilə sionist varlığın (İsrailin) ​​dərinliklərinə ağır zərbələr endirmək üçün ən yüksək səviyyədə hazırdır. Biz silahlı qüvvələrdə sionist düşmənin bölgə və Yəmənə qarşı qoyduğu çətinliklərlə mübarizə aparmaq üçün u sullar müəyyən etmişik".

Onun sözlərinə görə, husi qüvvələrinin komandanlığı İsrail ərazisində raket və pilotsuz təyyarələrlə vurula biləcək hədəfləri müəyyən edib. “Biz hamını əmin edirik ki, sionist düşmənin cinayətlərinin cavabı yaxınlaşır”.

Məğrur,

Sitat.info



Xəbər xətti