Zelenski: Tərəfdaşlarımız bizə məhdudiyyətsiz silah verməlidirlər

17:02 26 Avqust 2024

"Rusiya ölkəmizin ərazisinə yüzlərlə raket və “Shahed” pilotsuz uçuş aparatı ilə genişmiqyaslı hücum edib. Xarkovdan Odessaya və Qərb regionlarına zərbələr zamanı dinc sakinlər arasında ölən və yaralananlar var”.

Sitat.info-nun məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Teleqram” kanalı vasitəsilə müraciətində deyib. Onun sözlərinə görə, hazırda ölkənin energetika sektoruna dəyən ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.

V. Zelenski deyib ki, indiki məqamda ordunun silah-sursatla bağlı təchizatında məhdudiyyət olmamalıdır: "Tərəfdaşlarımız bizə məhdudiyyətsiz silah verməlidirlər. Rusiya özünə məxsus olan bütün növ silahlardan bizə qarşı istifadə etdiyi bir məqamda hərbçilərimiz təchizatla bağlı qadağalarla üzləşməməlidir. Onların balansında “Shahed” pilotsuz uçuş aparatları, eləcə də Şimali Koreyadan gətirdikləri ballistik raketlər var. ABŞ, Böyük Britaniya, Fransa və digər tərəfdaşlar bizə bu terroru dayandırmaqda dəstək olmalıdırlar”.



Xəbər xətti