Ağ Partiyadan deputatlığa namizəd Mətləb Aslanov ATƏT-in müşahidə missiyası ilə görüşdü

18:47 26 Avqust 2024

Bugün Ağ partiyasının Milli Məclisə 6 saylı Ordubad-Culfa seçki dairəsindən və Naxçıvan MR-ı Ali Məclisinə 40 saylı Saltaq seçki dairəsindən qeydə alınmış namizədi , Ağ Partiyası İdarə Heyəti üzvü, başqan köməkçisi Mətləb Aslanov ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının üzvləri cənab Lars Tollemark və xanım Anja Bronny ilə onlayn görüş keçirib. 

Sitat.info xəb verir ki, görüşdə seçki kampaniyasının gedişi haqqında məlumat verib və müşahidə missiyasının üzvlərini maraqlandıran bir sıra sualları cavablandırıb. 

Eyni zamanda ATƏT nümayəndələri xüsusi ilə Naxçıvan Ali Məclisində keçiriləcək seçkilər ilə maraqlanıblar və onların nəzərlərinə çatdırılıb ki, Naxçıvan Ali Məclisində keçiriləcək seçkilərdə Mətləb Aslanov müxalifəti təmsil edən 2 namizəddən biridir . 

ATƏT nümayəndələri qeyd olunan dairələrə xüsusi diqqət ayıracağlarını bildiriblər . 

Sonda Ağ partiyasının namizədi Mətləb Aslanov nümayəndə heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib. 

Sitat.info

 



Xəbər xətti