Pavel Durovun Parisdə saxlanılması Teleqram üçün möhtəşəm reklam oldu.
Sitat.info xəbər verir ki, bunu Rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorov deyib.
Onun sözlərinə görə, Teleqram tətbiqinin yüklənməsinin sayı bütün dünyada – hətta messencerin əvvəllər populyar olmadığı ölkələrdə rekord dərəcədə artıb.
Bildirilib ki, Teleqram ABŞ-ın ən yaxşı tətbiqləri reytinqində 18-ci yerdən 8-ci yerə yüksəlib və bu ölkədə sosial şəbəkələr arasında ikinci yeri tutub. Fransa da isə AppStore da tətbiqlər arasında üçüncü olub və ölkənin sosial şəbəkələr kateqoriyasında birinci yerə çıxıb./Axar.az