Bakının Nizami rayonu ərazisində əri 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.
Bu barədə Sitat.info-ya Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
"Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir", - məlumatda qeyd olunub.