“Əslində, teleqramın qurucusu Pavel Durovun həbsinin arxasında Vaşinqton dayanır”.
Sitat.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Onun sözlərinə görə, teleqram ABŞ-nin təsir etmədiyi az sayda platformalardan biridir.
O bildirib ki, prezident seçkiləri ərəfəsində ABŞ-nin hazırkı administrasiyasına teleqramı öz nəzarəti altına almaq vacibdir.
Volodin əlavə edib ki, sosial şəbəkələrdə izləmə və senzura Vaşinqtonun idarəetmə və təsir üçün ənənəvi vasitələridir.