Bu ölkədə daşqınlar 132 nəfərin ölümünə səbəb oldu

10:32 27 Avqust 2024

İyun ayından bəri Sudanda həddindən artıq ya]an yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 132-yə yüksəlib.
Sitat.info xəbər  verir ki, ölkənin 18 əyalətindən 10-da iyun ayından bəri həddindən artıq yağış yağıb və daşqınlara səbəb olub. Zərər çəkənlərin sayının 129 min 650-yə yüksəldiyi bildirilib və 12 min 420 evin tamamilə, 11 min 472 evin isə qismən dağıldığı açıqlanıb.

Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlı dövrdə baş verən daşqınlarda hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsi zərər görür.

Nigar,

Sitat.info



Xəbər xətti