"Məscidül-Əqsa qırmızı xəttimizdir, ona toxunulmasına icazə verməyəcəyik" - Fələstin hökuməti

10:52 27 Avqust 2024

"Fələstin xalqı Məscidül-Əqsaya toxunmağa icazə verməyəcək. Əqsa qırmızı xəttdir və heç bir şəkildə ona toxunulmasına icazə verilməyəcək".

Sitat.info xəbər verir ki, bu sözləri Fələstin hökumətinin sözçüsü Nabil Əbu Redine deyib. 

Məscidül-Əqsadakı status-kvonun dəyişdirilməsi ilə bağlı çağırışların qəbuledilməz olduğunu vurğulayan Əbu Redine deyib ki, bu cür çağırışlar əslində müharibəyə başlamaq cəhdidir. 

"144 hektar ərazisi olan Əl-Əqsanın müsəlmanlara aiddir. ABŞ rəhbərliyi və beynəlxalq ictimaiyyət İsraildəki ifrat sağçı hökumətə qarşı hərəkətə keçməlidir. ABŞ administrasiyasını Qəzza zolağında Fələstin xalqına qarşı soyqırım müharibəsini davam etdirən müttəfiqi İsraili dayandırmalıdır"

Bu arada, Fələstin Xarici İşlər Nazirliyi də Ben-Qvirin Məscidül-Əqsada sinaqoq tikmək barədə təxribat xarakterli çağırışına reaksiya verən bəyanat yayıb.

 "İfrat sağçı nazir Ben-Qvirin müqəddəs Məscidül-Əqsada yəhudilər üçün sinaqoq tikmək barədə davam edən təhdidlərinin son dərəcə təhlükəli olduğunu görürük. Ben-Qvirin çağırışı Məscidül-Əqsanı yıxmaq və burada məbəd tikməkdir.  

 Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvirin Məscidül-Əqsada sinaqoq tikmək çağırışını pisləyib.

 Nərgiz,

Sitat.info



Xəbər xətti