Rusiya Ukraynanın hava limanı infrastrukturuna uzun mənzilli, yüksək dəqiqlikli silahlar və PUA-larla vurub.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsində fəaliyyəti ilə bağlı məlumatlar yer alıb.
Rusiya ordusunun Ukraynaya qarşı hücumlarını davam etdirdiyi ifadə edilən açıqlamada deyilir ki, Rusiya Silahlı Qüvvələri, hipersəs daxil olmaqla, uzun mənzilli yüksək dəqiqlikli silahlar və PUA-larla Ukraynanın kritik əhəmiyyətli aeroport infrastrukturuna gecə saatlarında hücum həyata keçirdi. Kinjal raketləri ilə bütün təyin olunmuş hədəflər vuruldu".
Açıqlamada Ukrayna hərbi hissələrinin və hərbi texnikasının yerləşdiyi 142 rayonun İHA, artilleriya və raket atəşi ilə bombalandığı bildirilib və bunlar qeyd edilib:
“Hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusunun 640 təyyarə, 283 helikopter, 30 min 564 İHA, 575 hava hücumundan müdafiə raket sistemi, 17 min 586 tank və zirehli texnika, 1425 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 13 min 690 haubitsa və 2 min minaatan, 262 xüsusi hərbi maşını məhv edilib”.
Kurskda toqquşmalar davam edir
Rusiya MN -dən verilən açıqlamada həmçinin Kursk bölgəsində Rusiya və Ukrayna orduları arasında qarşıdurmaların davam etdiyi bildirilib: "Ukrayna ordusu son 24 saatda 400-ə yaxın əsgər və 30 zirehli texnika itirib" .
Açıqlamada Ukrayna ordusunun avqustun 6-dan etibarən Kursk istiqamətində 6600 əsgər və 73 tank, 34 piyada döyüş maşını, 62 zirehli transportyor və 432 zirehli texnika itirdiyi qeyd edilib.
Nərgiz,
Sitat.info