125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin namizədi Alıyev İntiqam Valeh oğlunun təşviqat posterləri cırılır.
Bu barədə "Sitat.info"-ya Mərdəkan qəsəbəsində yerləşən "Günəşli" sanatoriyasında yaşayan sakinlər bildiriblər.
Sakinlər namizədlər üçün təyin olunan lövhədə deputatlığa namizəd İntiqam Alıyevin posterinin cırıldığına dair video çəkərək, bizə göndəriblər.
Onlar bildiriblər ki, bu üsulla 125 saylı seçki dairəsinin əsas namizədi İntiqam Alıyevdən intiqam alırlar.
Bildirək ki, 125 saylı seçki dairəsində əsas rəqabət jurnalist İntiqam Alıyev ilə VI çağırış Milli Məclisin deputatı İmamverdi İsmayılov arasındadır.
Sitat.info həmin videonu təqdim edir:
Seymur,
Sitat.info