Dünən ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının üzvləri cənab Stefan Ziqler və xanım Lena Ohre Arnaultun təşəbbüsü ilə 43 saylı Sumqayıt 2-ci seçki dairəsindən AĞ partiyasının namizədi Nərmin Abbaslı ilə görüş keçirilib.
Sitat.info xəbər verir ki, görüşdə təbliğat-təşviqat kampaniyası ilə bağlı məsələlər müzakirələr olunub və müşahidə missiyasının üzvlərini maraqlandıran bütün suallar cavablandırılıb.
Görüşün sonunda Nərmin Abbaslı ona və seçki kampaniyasına göstərdikləri diqqətə görə nümayəndə heyətinə təşəkkürünü bildirib.