Hicablı müəllimlər müsahibədən kənarlaşdırılıb? - Rəsmi açıqlama

12:59 28 Avqust 2024

Sosial şəbəkələrdə Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən və müsahibə mərhələsindən yox cavabı alan hicablı müəllimlər hicaba görə ayrı-seçkilik edilməsindən narazılıqlarını bidiriblər. Onlar suallara yetərincə dolğun cavab verdiklərini, lakin buna rəğmən bu iş üçün uyğun hesab edilmədikləri ilə bağlı cavab aldıqlarını qeyd ediblər. Müsabiqənin nəticələri ilə bağlı paylaşımın altında onlarla belə şərhlər var ki, ayrı-ayrı hicablı müəllimlər tərəfindən yazılıb. 

Sitat.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.  

O, iddiaları əsassız adlandırıb: “Müsabiqə müddətində heç bir dini və ya cinsi ayrıseçkilik edilmir. Bu cür iddialar bütün MİQ üzrə müsahibələrdən sonra olur. Narazılıqlar həmişə var və olacaq. Biz dini, cinsi ayrıseçkiliyə qarşıyıq”.

Sözügedən şərhlər bu linkdəki paylaşıma münasibət olaraq bildirilib. 

https://www.instagram.com/p/C_LEzD8uoNV/?igsh=MTIzYThocXNsMWU5cA%20%3D%3D 

 

Nərgiz,

Sitat.info



Xəbər xətti