NATO-Ukrayna Şurası bu gün toplanır: Rusiyanın son intensiv hücumlarından sonra...

14:50 28 Avqust 2024

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın tələbi ilə bu gün səfirlər səviyyəsində NATO-Ukrayna Şurasını çağıracaq. 

Sitat.info xəbər verir ki, NATO-nun sözçüsü Farah Dakhlallah açıqlamasında NATO-nun baş katibi Yens Stoltenberqin çərşənbə günü (28 avqust) NATO-Ukrayna Şurasını çağıracağını deyib. Görüş səfirlik səviyyəsində keçiriləcək və Ukraynanın tələbi ilə olacaq.

Ukrayna Müdafiə Naziri Rustem Umerovun döyüş bölgəsindəki vəziyyət və əsas ehtiyaclar haqqında videobağlantı vasitəsilə məlumat verməsi gözlənilir.

 "İclas Rusiyanın Ukraynanın mülki əhalisinə və infrastrukturuna son zamanlar intensiv hücumları səbəbindən keçirilir". 

Xatırladaq ki, NATO-Ukrayna Şurası keçən il Alyansla Kiyev arasında daha sıx koordinasiyanı təmin etmək üçün yaradılıb.

Nigar,

Sitat.info

 



Xəbər xətti