Paris məhkəməsi Pavel Durovu azad etdi

18:22 28 Avqust 2024

Paris məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovu azad edib.

Sitat.info BFMTV-yə istinadən xəbər verir ki, hakim Pavel Durovun "ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə" polis nəzarəti altında qalmasına xitam verib.

O, məhkəmə zalında azad olunub.

18:16

Müstəntiq "Telegram" mesencerinin həmtəsisçisi Pavel Durovun ittiham oluna biləcəyi məhkəməyə göndərilməsi barədə göstəriş verib.

Sitat.info xəbər verir ki, bu barədə TASS-a Paris Prokurorluğundan məlumat verilib.

"Müstəntiq Durovun saxlanılma müddətinin bitirilməsi və onun ittiham oluna biləcəyi məhkəməyə təhvil verilməsi barədə göstəriş verib", - idarədən qeyd ediblər./Oxu.az



Xəbər xətti