Azərbaycanda süni nəfəs aparatı pasiyentin qida borusuna qoşuldu, xəstə öldü

15:40 29 Avqust 2024

Qəbələdə əməliyyat zamanı pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Vahid Babayevin cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti əsasında keçirilən məhkəmə prosesi yekunlaşıb.

Sitat.info xəbər verir ki, ittihama görə, ötən ilin yanvar ayı İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib.

Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V. Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.

Əməliyyat zamanı intubasiya borusu xəstənin nəfəs borusu əvəzinə qida borusuna salınıb.

Nəticədə xəstə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölüb.

V.Babayev barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qəbələ Rayon Məhkəməsinin hökmü V. Babayev üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, müttəhim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

V. Babayev həmçinin iki il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilib. Məhkəmənin hökmündən müdafiə tərəfi şikayət verib.

Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.



Xəbər xətti