Azərbaycanda 341 məmur cəzalandırılıb

18:11 29 Avqust 2024

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabat hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM)  məlumat yayıb.

Bildirilib ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun müddəalarının tələblərini pozan 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Həmin intizam tənbeh tədbirlərindən 162-si mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 179-u isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 341 intizam tənbeh tədbirindən 297-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə, 10-u vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub.



Xəbər xətti