Ukraynaya verilən F-16 qırıcısı qəzaya uğradı

19:05 29 Avqust 2024

Qərbin verdiyi F-16 qırıcısı Ukraynada qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, insident təyyarənin pilotun səhvi nəticəsində baş berib. Qırıcının yerə çırpıldığı müəyyən olunub. Pilotun taleyi məlum deyil.

Nəşr yazır ki, kəşfiyyat qırıcının Rusiya raketi ilə vurulduğunu təsdiqləməyib.

Xatırladaq ki, Ukraynaya 6 ədəd F-16 qırıcısı verilib.



Xəbər xətti