Göygöldə 4 nəfər bit dərmanından zəhərləndi - 9 yaşlı uşaq öldü

14:42 30 Avqust 2024

Göygöl rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə kəndlərin birində qeydə alınıb. Bildirilib ki, zəhərlənən 4 nəfərdən 3-ü azyaşlıdır. Onlardan 9 yaşlı uşaq ölüb.

Bildirilir ki, uşaqların nənələri başlarını bit dərmanı ilə yuyub. Onların “Niastol” adlı bit dərmanından zəhərləndikləri ehtimal edilir.

Araşdırma aparılır.

Qeyd  edək ki, oxşar hadisə bu ilin iyul ayında Xızı rayon Altıağac qəsəbəsində də qeydə alınıb. Belə ki, 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlunun başına bit düşüb. Bundan sonra azyaşlının başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və dünyasını dəyişib./Qafqazinfo



Xəbər xətti