Dünən İran prezidenti Məsud Pezeşkian ilə Norveçin baş naziri Yonas Qar Styore arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki. söhbət zamanı İran prezidenti bu fikirləri səsləndirib: “Bizim siyasətimiz sülh və dostluq üzərindədir, gərginlikdən və qarşıdurmalardan qaçmaq, bütün dünya ölkələri ilə qarşılıqlı əlaqələri genişləndirməkdir. Ancaq ölkəmiz sanksiyalarla, təzyiqlərlə nəyəsə məcbur edilərsə, yanaşmamız, davranışımız mütləq başqa istiqamətə sövq ediləcək”.
Norveçin baş naziri isə bildirib ki, ölkəsi İranla ikitərəfli münasibətlərin genişlənməsində maraqlıdır.
Məğrur,
Sitat.info