“Ukrayna ordusu Kurskda daha 2 kilometr irəliləyib”

17:25 30 Avqust 2024

“Ukrayna ordusu sutka ərzində Rusiyanın Kursk vilayətində daha 2 kilometr irəliləyib”.

Sitat.info “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski açıqlayıb.

“Kursk istiqamətində hücum əməliyyatı davam edir. Sutka ərzində qüvvələrimiz ayrı-ayrı istiqamətlərdə daha 2 kilometr irəliləyib”, - deyə Sırski qeyd edib. 

Onun sözlərinə görə, Kursk vilayətində Ukrayna ordusu daha 5 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirib.

Xatırladaq ki, avqustun 6-sı səhər saatlarında Ukrayna ordusu Kursk vilayətində əməliyyat keçirib. Nəticədə Ukrayna SQ Kurskda 80-dən çox yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.



Xəbər xətti