Ermənistan Atom Elektrik Stansiyasında qəzanın səbəbi məlum olub.
Sitat.info-nun xəbərinə görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan AES-i ildırım vurub. Qəza cümə günü yerli vaxtla təxminən 21:55-də baş verib. İldırım vurması nəticəsində stansiyanın təhlükəsizlik sistemləri onu təhlükəsiz söndürmə rejiminə keçirib.
Qeyd edək ki, hazırda elektrik enerjisinin verilişi bərpa olunub və stansiyanın əməkdaşları onu yenidən işə salmaq üzərində işləyirlər.